Qırğızıstanda da fövqəladə vəziyyət elan edilir
15:40 21-03-2020 430
Qırğızıstan Təhlükəsizlik Şurası hökumətə bazar günündən etibarən bütün respublika ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqini tövsiyə edib.
Bu barədə “Sputnik” xəbər yayıb.
Eyni zamanda, səlahiyyətlilər koronavirus hadisələrinin aşkarlandığı Oş, Cəlalabad və Batken bölgələrində fövqəladə vəziyyət elan edib.
Qırğızıstanda ümuilikdə 12 nəfər COVID-19-a yoluxub. Onlar hamısı Səudiyyə Ərəbistanı və Küveytdə müqəddəs yerlərə ziyarətdən qayıdanlardır.