AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

16:40 21-03-2020 389

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb.

Qurumdan HerGun.Az-a verilən məlumata görə, bununla bağlı Konfederasiyanın İcraiyyə Komitəsini qərar qəbul edib.

Qərarın mətnində bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı başda cənab Prezident olmaqla bütün qurumların, o cümlədən ictimaiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər effektivlik baxımından təqdir olunmalıdır:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumətin həyata keçirdiyi tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, o cümlədən həmkarlar təşkilatlarının üzvləri ölkə başçısının 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı həyacanlandıran infeksiyanın qarşısının alınmasında mühüm hadisə kimi dəyərləndirirlər.

Qərar mətnində ölkə ictimaiyyətinə Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da əksini tapıb.