Goranboyda qatar üç yaşlı qızı vurub öldürdü

18:40 21-03-2020 384

Goranboyda üç yaşlı uşağı qatar vuraraq öldürüb. 

“Qafqazinfo”nun xəbərinə görə hadisə rayonun Muzdurlar kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan elektrovoz 2017-ci il təvəllüdlü Zeynəb Məmmədhəsənovanı vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.  Hadisənin baş vermə səbəbləri araşdırılır.