Əməkdar artist zövqsüz mahnı ifa edənləri “virus” adlandırdı - VİDEO

15:20 22-03-2020 600

Əməkdar artist Abbas Bağırov “Söhbət var” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı proqramda zövqsüz mahnı oxuyan müğənniləri “virus” adlandırıb:

“Biz musiqiçilərin də başqa bir növ virusla mübarizəmiz var. O virus da bu gün sürətlə yayılan zövqsüz mahnıları ifa edənlərdir. Onlara mən “virus” adı verirəm. Çünki insanların zövqünü korlayırlar.

Bununla bacardığımız qədər həmkarlarımızla birlikdə ciddi mübarizə aparırıq. Doğrudan da, çox çətindir. Buna qarşı heç bir antivirus yoxdur.

Elə musiqilərə tələbat var ki, avtomobildə onu yüksək səslə oxudurlar. Xaricdən gələn əcnəbi bunu eşidib deməz ki, Azərbaycanın musiqisi bundan ibarətdir?!”