“Akabe” MMC koronavirusa qarşı mübarizəyə 50 min manat vəsait ayırdı

19:20 22-03-2020 384

Ölkədə COVID-19 virusuna qarşı mübarizəyə dəstək məqsədilə “Akabe” MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.

“Akabe” MMC koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə ölkə başçısının müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb.

Xatırladaq ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən və öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan “Akabe” MMC inşaat sahəsində keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə qürurla təqdim edir.