Rumıniyada komendant saatı tətbiq edildi

01:00 23-03-2020 313

Rumıniyada koronavirus təhlükəsinə görə hökumət ölkədə komendant saatı tətbiq edib. 

Bu barədə RİA məlumat yayıb. 

Ölkədə fəaliyyət göstərən bütün ticarət mərkəzləri, restoranlar, kafelər və digər iaşə obyektləri bağlanıb. Vətəndaşlar yalnız zərurət yarandığı halda evdən çıxa bilərlər.

Qeyd edək ki, ötən gün Rumıniyada koronavirusdan ilk ölüm faktı qeydə alınıb.