Suriya Livanla sərhədini bağladı

08:00 23-03-2020 365

Suriya ölkədə ilk koronavirusa yoluxma halı təsbit edildikdən sonra Livanla sərhədləri bağlamaq qərarına gəlib.

“Ikhbariya” telekanalı xəbər verir ki, Suriyada koronavirusa yoluxma barəsində xəbəri ölkəni Səhiyyə naziri Nizar Yazici bildirib.

Sərhəddə yerləşən bütün keçid-buraxılış məntəqələri 23 mart 00:00-dan etibarən bağlanıb.

Qadağa yük avtomobillərinə şamil edilməsə də, bu avtomobillərin sürücüləri sərhəddə tibbi yoxlanışdan keçməli olacaqlar.