“Azərenerji” Koronavirusla Mübarizə Fonduna bir milyon manat köçürdü

14:20 23-03-2020 392

“Azərenerji” Koronavirusla Mübarizə Fonduna bir milyon manat köçürüb.

Bu barədə “Azərenerji” ASC məlumat yayıb.

Bildirilib ki, “Azərenerji” ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

Belə ki, “Azərenerji” ASC-nin əməkhaqqı və qənaət olunmuş maliyyə imkanları hesabına bir milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.