“TROKAS PHARMA” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

16:20 23-03-2020 338

“TROKAS PHARMA” MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə əsasən, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən önləyici tədbirlərə qoşulub.

Belə ki, Prezidentin 19 mart 2020-ci il tarixli fərmanı əsasında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20.000 AZN məbləğində vəsait köçürüb.

“TROKAS PHARMA” MMC- nin rəhbərliyi koronavirusa qarşı mübarizədə dövlətimizin və ölkə rəhbərliyinin daim yanında olduğunu bəyan edir.