Sərxoş sürücü avtomobili yük maşınına çırpıb – VİDEO

04:20 24-03-2020 443

Abşeronda minik maşını ilə yük avtomobili toqquşub.

HerGun.Az xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

İlkin ehtimala görə “Mercedes” markalı minik maşının sürücüsü içkili olduğundan sükana nəzarəti itirərək idarə etdiyi nəqliyyat vasitəsini “Shacman” markalı yük maşınına çırpıb.

Zərbənin təsirindən minik maşının qabaq hissəsi deformasiyaya uğrayib.

Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Hadisə yerinə ərazi üzrə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Avtoqəzanın təfərüatları aparılan araşdırmanın sonunda bəlli olacaq.