Neftçalada mənzildə güclü partlayış baş verib

05:20 24-03-2020 455

Neftçala şəhərində yerləşən binaların birində qaz sızması nəticəsində partlayış baş verib.

APA” xəbər verir ki, hadisə axşam saatlarında Neftçala şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə qeydə alınıb.

Partlayış nəticəsində ev sahibi üçüncü dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Partlayışın gücündən blokda yerləşən yeddi mənzilə və binanın qarşısında dayanan 3 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.