Moskvada koronaviruslu xəstələr üçün ayrılmış xəstəxanadan 24 saata 70 nəfər evə buraxılıb

01:20 25-03-2020 366

Rusiya paytaxtında koronavirusa yoluxanlar üçün ayrılmış xəstəxanadan son 24 saat ərzində 70 nəfər evə buraxılıb.

RBC-nin məlumatına görə, bu barədə tibbi müəssisənin baş həkimi Denis Protsenko özünün “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, martın 24-nə olan məlumata görə, xəstəxanada 412 nəfər müalicə alır.

Onlardan 156 nəfərə sətəlcəm diaqnozu qoyulub. Bundan başqa, 82 adamda virusa yoluxma təsdiqlənib, bir xəstə isə ağciyərlərin mexaniki ventilyasiyası aparatına qoşulub.

Eyni zamanda, 10 pasiyent reanimasiyadadır.