Bakıda üç avtomobil toqquşub, xəsarət alan var – FOTO/VİDEO

07:20 25-03-2020 457

Bakının Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Opel" markalı avtomobil prospektlə hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə qarşısında Rauf adlı şəxsin idarə etdiyi "Ravon"-a, daha sonra "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza zamanı "Opel"-də olan bir nəfərin xəsarət aldığı bildirilir. Hadisənin iştirakçısı olan şəxslər Baku TV-nin çəkiliş qrupuna təzyiq göstərərək əməkdaşlarımızın peşə fəaliyyətinə mane olub. Onlar hətta jurnalistləri təhqir etməkdən də çəkinməyib.

Xatırladaq ki, jurnalistlərin iş prinsipləri Azərbaycan Respublikasının Konstitusiyası və Jurnalistika Haqqında qanunla tənzimlənir. Jurnalistin işinə mane olduqda, qanunun müvafiq maddələri ilə cəza tədbiri görülür.

Hər halda, baş verən hadisəyə və jurnalistin peşə fəaliyyətinə mane olmağa çalışan şəxslərlə bağlı lazımi hüquqi tədbir görüləcək.