Uğursuz plastik əməliyyat keçirən qadın gülüş obyektinə çevrildi - FOTO

09:00 25-03-2020 607

2018-ci ildə yanlarını plastik əməliyyat etdirən 33 yaşlı Star Delqadis bir müddət keçdikdən sonra pis vəziyyətə düşüb.

“The Mirror” xəbər verir ki, həkimlərin məsləhət gördüyündən iki dəfə böyük implantlar taxdıran Star ilk növbədə xarici görünüşündən olduqca razı qalıb.

Lakin zaman keçdikcə onun arxası sallanmağa başlayıb. S.Delqadis hamının ona güldüyünü etiraf edir.

“Sanki uşaq bezi geyinirəm. Görənlər məni ələ salır”, deyə qadın şikayət edir.

Bundan əlavə, qadın nə qaça, nə də normal qaydada yerirə bilir, çünki sallanan implantlar səbəbindən hərəkət zamanı ağrılar başlayır.

Ağrımamaq üçün yatarkən Star iki dar leqqins geyməyə məcburdur.

Hazırda qadın onu bu bəladan qurtara biləcək cərrah axtarır.