Bakıda oğurluq hadisəsi kameralara düşdü - VİDEO

13:40 27-03-2020 453

Bakıda iki nəfərin mağazadan oğurluq etdiyinə dair sosial şəbəkələrdə videogörüntü yayılıb.

HerGun.Az xəbər verir ki, görüntülərin Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qeydə alındığı bildirilib. 

Axşam saatlarında bir nəfər taksi ilə qəsəbə ərazisində yerləşən mağazalardan birinə yaxınlaşıb. Həmin şəxs satıcıya siqaret almaq istədiyini deyib.

Siqareti götürdükdən sonra ödəniş etmədən taksiyə minərək ərazidən uzaqlaşıb.

Könül Cəfərli