Türkiyədə koronavirusdan müalicə alan həmyerlimizin son vəziyyəti - VIDEO

00:20 28-03-2020 407

Türkiyədə koronavirusa yoluxanlar arasında bir həmyerlimiz də var. 

Bu barədə “Real TV” xəbər verib. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim həmin şəxsin vəziyyəti haqqına məlumat verib:

“O, hazırda xəstəxanadadır. Şükürlər olsun ki, vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik. Deyirlər ki, çox güman, onu martın 30-da artıq xəstəxanadan çıxaracaqlar və evinə gedə biləcək”.