Türkiyədə koronavirusa görə fövqəladə vəziyyət elan edilə bilər

01:00 28-03-2020 322

Türkiyədə koronavirus pandemiyasına görə fövqəladə vəziyyət tətbiq oluna bilər.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu NTV kanalında çıxışı zamanı deyib. 

O bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün mümkün tədbirlər həyata keçiriblər. Bundan sonra hər şey koronavirusun yayılma əhatəsindən asılı olacaq. İnsanların ümumiyyətdə çölə çıxış qadağası və ya fövqəladə vəziyyətin elan edilməsi də mümkündür.