101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi

08:20 28-03-2020 865

“Cənab Pi” təxəllüslü 101 yaşlı İtaliya sakini  COVID 19-a qalib gəlib və artıq evində, ailəsi ilə birlikdədir.

Bu barədə Rimini şəhərinin vitse-meri Qloriya Lizi bildirib.

Cənab Pini İtaliyada fenomen adlandırırlar. Belə ki, o, maraqlı həyat yolu yadda qalıb. 

O, 1919-cu ildə ən çox insan ölümünə səbəb olan ispan qripinin (“ispanka”) tüğyan etdiyi bir dövrdə anadan olub. Həm yoluxmuş, həm də ölən insanların sayına görə hətta bu gün də “ispanka”nı bəşəriyyət tarixi boyu qripin ən kütləvi pandemiyası adlandırırlar.

Bir əsr keçdikdən sonra cənab Pi yen epidemiya ilə qarşılaşsa da, ahıl yaşına baxmayaraq, ona qalib gələ bilib.