Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO

12:40 28-03-2020 552

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə - “metamfetamin” və 0,047 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, təqsirli bilinərək həbs edilmiş Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə - “metamfetamin” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.