Paytaxtda idarəetmədən çıxan motosiklet maneəyə çırpıldı

09:00 29-03-2020 333

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

1998-ci il təvəlldlü Akimov Kamil Nizami oğlu motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet maneəyə çırpılıb. Qəza nəticəsində K.Akimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.