Tovuzda iki avtomobil toqquşdu, yaralılar var

00:20 30-03-2020 410

Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “Niva”markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.