Fransada təxminən 300 nəfər koronavirusdan vəfat edib

03:40 30-03-2020 396

Fransanın Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, ötən gün ərzində ölkədə 292 nəfər koronavirusun qurbanı olub.

“France Press” xəbər verir ki, ümumi olaraq isə xəstəlikdən 2606 insan ölüb.

Hal-hazırda Fransa xəstəxanalarında 4,6 min insan koronavirusdan müalicə alır. 19 min nəfər isə xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb.