Daha bir cütlük 65 il birgə həyatdan sonra eyni gündə vəfat etdi

04:20 30-03-2020 35

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) sakinləri 65 il ailə həyatından sonra koronavirus səbəbindən eyni gündə vəfat ediblər.

“The Mirror” xəbər verir ki, bu haqda amerikalı sahibkar Stiven Neş bəyan edib.

“Koronavirus səbəbindən nənəmi və babamı 24 saat ərzində itirdim. Onlar 65 il birgə yaşadılar. Öz yaxınlarınızı bərk-bərk qucaqlayın. Onların altı uşağı və 18 nəvəsi var idi”, - deyə S.Neş əlavə edib.