İran raketlərinin partlayış gücünu və sürətini artıracaq

05:20 30-03-2020 32

İranın Müdafiə Naziri, general Əmir Hatəmi ölkəsinin istehsal etdiyi raketlərin sürətini və onların başlıqlarının partlayış gücünü artırmağı planlaşdırdığını bəyan edib.

“Tasnim” xəbər verir ki, Hatəmi həmçinin yer-yer tipli raketləri tam dəqiqlik həddinə çatdırıldığını və onların keyfiyyətinin daha da artırılması istiqamətində əlavə işlərin görüləcəyini qeyd edib.

“Hal-hazırda raketlərin sürət və manevr qabiliyyətini artırmaq istiqamətində olduqca səmərəli araşdırma proqramlarımız var”, - deyə nazir əlavə edib.