Mavi balina drona sərrast fəvvarə “atəşi açdı” – VİDEO

08:00 30-03-2020 35

Balinaların həyat tərzini araşdıran “Ocean Alliance” şirkəti maraqlı video paylaşıb.

“National Geographic” xəbər verir ki, pilotsuz uçuş aparatlarını istifadə etməyə başlayan şirkət balinaları okeanda müşahidə edərək onlar barəsində daha dəqiq və geniş məlumat toplamaq imkanı əldə edib.

Bu araşdırmalara həmçinin balinanın dəniz səthinə qalxaraq havaya fəvvarə buraxması da daxildir.

Maraqlıdır ki, öncə bir çox alim bu fəvvarənin sudan ibarət olduğunu hesab edirdilər.

Lakin alınan məlumatlar, onun tərkibində bakteriyaların, rütubətin və isti havanın olduğunu sübuta yetirib.

Qeyd etmək lazımdır ki, mütəmadi olaraq balinaların “atəşinə” məruz qalan bu dronlar bu nəhəng canlılar barəsində maraqlı bilgilər əldə etməyə şərait yaradır.