Bakıda obyekt sahibləri çaşqınlıq içindədir: Bağlanırmı, işləyirmi? - VİDEO

18:40 30-03-2020 398

Xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə işləməyə davam edirlər.

Amma bu mövzuda bəzi qaranlıq məsələlərin olduğunu görürük. Bir çox vətəndaşlar obyektlərinin işləyəcəyini bilmirlər.

Baku TV əməkdaşları çəkiliş aparan zaman elə bunun şahidi olublar.

Vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılsa da, avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur.