Avstraliyalılar karantin qaydalarına məhəl qoymur - VİDEO

01:00 01-04-2020 439

Avstraliyanın ən böyük şəhəri olan Sidneydə polis çimərlik ərazisində reyd keçirərək, karantin qaydalarına riayət etməyən insanları cərimələyib.

“Daily Mail” xəbər verir ki, Avstraliyada ötən gün elan olunan qərara əsasən, koronavirusla əlaqədar sosial izolyasiya tələblərinə riayət etməyən şəxsləri 11 min Avstraliya dollarına qədər (11 566 manat) cərimə gözləyir.