Şvartsenegger uzunqulaqla şahmat oynadı – FOTO

04:20 01-04-2020 412

Dünyaca məşhur Hollivud ulduzu və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger koronavirusla bağlı karantin zamanı sevimli ev heyvanı ilə şahmat oynayıb.

“Daily Star” xəbər verir ki, oyunda aktyorun rəqibi qismində Lulu ləqəbli uzunqulaq çıxış edib.

Müvafiq şəkli A.Şvartsenegger öz “İnstagram” səhifəsində paylaşıb.

“Lulu o qədər də güclü rəqib deyil, lakin çalışqandır. Əgər siz ailənizlə zaman keçirməyi sonraya saxlayırdınızsa, bu sizin şansınızdır. Onlarla vaxt keçirməyə çalışın”, - deyə Arni əlavə edib.