Suriyanın hərbi bazası hücuma məruz qalıb

05:40 01-04-2020 326

Suriyanın Homs əyalətində yerləşən Şayrat hərbi-hava bazasında çoxlu sayda partlayışlar baş verib.

“MIG News” xəbər verir ki, Suriya höküməti bazaya hücumda İsraili günahlandırıb.

Ölkənin mərkəzində yerləşən bu baza Əsəd rejimi üçün böyük əhəmiyyət kəsb edir.

Suriyalı mütəxəssis Çarlz Lister bazada “Hizbullah” qruplaşmasının və İrana bağlı “Əl Qüds” qüvvələrinin üzvlərinin yerləşdiyini bildirib.