Cinayətkarlar İngiltərə yığmasının sabiq futbolçusunun əllərini bağlayaraq evini qarət etdilər

09:00 01-04-2020 508

İngiltərə yığmasının, həmçinin “Çelsi” və “Arsenal” klublarının keçmiş futbolçusu Eşli Koul cinayətkarların qurbanı olub.

“The Sun” xəbər verir ki, maskalı qarətçilər futbolçunun evinə girərək onun əl-qolunu bağlayıblar.

Bundan sonra cinayətkarlar evdə olan zinət əşyalarını götürərək hadisə yerini tərk ediblər.

E.Koula dəyən zərər açıqlanmır. Futbolçu bu barədə şərh verməkdən imtina edib.