Bacısı qızına təcavüz edən dayı yenidən məhkəmə qarşısında

13:00 01-04-2020 335

Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ruslan Babayev barəsində çıxarılmış hökmdən yenidən kassasiya şikayəti verib.

HerGun.Az xəbər verir ki, şikayətə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatında baxılacaq.

Məhkəmə iclası mayın 5-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı, 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə, yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Kassasiya şikayətinə Ali Məhkəmədə baxılan zaman isə bildirilib ki, R.Babayev şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ali Məhkəmə onun müraciətini təmin edib.