İngiltərəli poçtalyon insanları əyləndirmək üçün müxtəlif paltarlar geyinir - FOTO

05:00 02-04-2020 318

İngiltərəli poçtalyon koronavirus səbəbindən karantində oturmağa məcbur olan insanları əyləndirmək qərarına gəlib.

Ridus.ru xəbər verir ki, Cen Metson adlı poçtalyon insanları əyləndirmək məqsədilə çerlidinq idman növünə aid geyimdə sakinlərin qarşısına çıxıb.

İnsanların təbəssümünü qazanan 39 yaşlı kişi cəsarətlənərək hər gün müxtəlif geyimlərdə insanlara zərf paylamaq qərarına gəlib. Onun bu kreativ ideyası sosial şəbəkələrdə də rəğbətlə qarşılanıb.