Hərbçi paltarı geymiş cinayətkarlar yaşlı qadını zorlayaraq qətlə yetiriblər

06:00 02-04-2020 303

Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində 75 yaşlı qadın özlərini hərbçi kimi təqdim edən cinayətkarların qurbanı olub.

“News 24” xəbər verir ki, Qenzeni Ernstayn Zuma həmin şəxslər tərəfindən zorlanaraq qətlə yetirilib.

Qeyd etmək lazımdır ki, cinayətkarlar koronavirusla bağlı qadının evini dezinfeksiya etmək istədiklərini bildirərək içəri daxil olublar.