Tarkan ailəsi ilə Almaniyada karantindədir

11:20 02-04-2020 430

Türkiyəli meqastar Tarkan Tevetoğu Almaniyadakı evində karantindədir.

“HaberGlobal” məlumat verir ki, pop ulduz Türkiyədə koronavirusun hələ sürətlə yayılmadığı zamandan Köln yaxınlığında doğulduğu Alzey qəsəbəsindəki evinə gedib.

Həyat yoldaşı Pınar Tevetoğlu və qızı Lila ilə vaxt keçirən müğənni virusa yoluxmamaq üçün evindən çölə çıxmır.