Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?

18:00 02-04-2020 432

Antiseptik yoxdursa, evdə və iş yerində səthləri tünd alkoqolla təmizləmək olar. Ancaq bunun effekti nisbətən az olacaq.

“RİA Novosti”nin məlumatına görə, bunu rusiyalı həkim-infeksionist, tibb elmləri namizədi İlya Akinfeyev deyib.

“Səthləri təmizləmək üçün istifadə edilən xüsusi antiseptiklərin tərkibində 60 faiz spirt olur. Arağın tərkibində isə 40 faiz spirt var, buna görə də effektivliyi az olur. Ancaq hər halda virusa təsir edir”.

Bununla belə, o, imkan varsa, səthlər üçün antiseptiklər almağı tövsiyə edib. 

“Unutmamaq lazımdır ki, səthlər üçün olan antiseptiklərdən dəri üçün istifadə etmək olmaz, çünki kimyəvi yanıq ala bilərsiniz. Təlimata tam riayət etmək lazımdır”, - deyə, o xəbərdarlıq edib.