Əyləci xarab olan TIR dəhşətli qəzaya səbəb oldu - VİDEO

00:40 03-04-2020 407

Türkiyənin Hatay vilayətinin İskenderun mahalında əyləci işləməyən TIR çox sayda nəqliyyat vasitəsini əzərək qəza yaradıb.

“Anadolu” agentliyi məlumat verir ki, TIR polis məntəqəsi qarşısında vasitələrə dəyərək dayanıb.

TIR-ın çırpıldığı 10-a yaxın nəqliyyat vasitəsində çox sayda insan yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara göndərilib.