Qazaxstanlı bodibilder koronavirus səbəbindən kukla ilə toyunu təxirə saldı

07:40 03-04-2020 321

Qazaxstanlı bodibilder Yuriy Toloçko koronavirus pandemiyası səbəbindən “aşiq olduğu” kukla ilə evlilik mərasimini təxirə salıb.

“Gazeta.ru” xəbər verir ki, bu haqda hal-hazırda Tailandda olan idmançının özü deyib.

“Dostlar, karantin səbəbindən toy təxirə salınır. Karantin bitəndən bir neçə gün sonra toyumuzu edəcəyik”, - deyə Toloçko bildirib.

Qeyd edək ki, bodibilderin kuklasının adı Marqodur.