Azərbaycanda nazirdən yeni təyinat - ÖZƏL

15:00 03-04-2020 363

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  yeni yaradılan Dövlət Ekoloji Təhlükəsizlik  Xidmətinə rəhbər təyin edilib.

HerGun.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Əmrə əsasən, Hikmət Əlizadə qurumun yeni yaradılan xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, H.Əlizadə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəisi olub.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova HerGun.Az-a təsdiqləyib.

İlhamə Əbülfət