Rusiyada iki terror aktının qarşısı alındı

15:20 03-04-2020 311

Federal Təhlükəsizlik Bürosu Rusiyanın iki regionunda törədilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, terror aktlarının Stavropol və Xantı-Mansi muxtar dairəsində keçirilməsi planlaşdırılıbmış.

Saxlanılan şəxslərin İŞİD terror təşkilatının üzvləri olduğu bildirilir.