“Corona” adlı pivənin istehsalı koronavirusa görə dayandırıldı

15:40 03-04-2020 325

Meksikada “Grupo Modelo” şirkəti “Corona” adlı pivənin istehsalını dayandırıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Bu, koronavirus pandemiyasının yayılması fonunda hökumətin gördüyü tədbirlərlə əlaqədardır.

Dünyanın 180 ölkəsinə ixrac edilən pivə markasının satışında virus yayılandan 20 faiz artım müşahidə edilib.

Onun istehsalı aprelin 5-dən dayandırılır.

Şirkətdən bildiriblər ki, hökumət pivənin aqrosənaye məhsulu olduğunu təsdiqləyən açıqlama verməyi məqsədəuyğun hesab edərsə, satış davam edəcək.