Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı - FOTO

20:40 03-04-2020 434

ABŞ-ın Atlanta şəhərində yaşayan Keysi Badd qocalmaq əvəzinə cavanlaşmağının sirrini öyrənib.

“Uniland”ın məlumatına görə, xanım bu sirri internet istifadəçiləri ilə bölüşüb. 

Keysi nəfəs gimnastikası etdikdən sonra bərk qidalardan imtina edib. O əmindir ki, bu, həm onun bədənini, həm də həyata baxışını yaxşı istiqamətə dəyişib.

O, ancaq şorbalar, smuzi və digər maye qidalardan istifadə edir, bitki çayları içir.

Əlbəttə, tibb işçiləri mütəxəssislə məsləhətləşmədən bu cür qidalanmağın əleyhinədirlər, lakin Keysi bundan imtina etmək fikrində deyil.

Amerikalı qadın əmindir ki, yeni həyat tərzi onu cavanlaşdırmağa başlayıb.