Tramp nə üçün tibbi maska taxmadığını izah etdi

03:40 04-04-2020 299

ABŞ Prezidenti Donald Tamp koronavirusdan qorunmaq üçün qoruyucu maska taxmağa hazırlaşmadığını bildirib, belə ki, onun fikrincə, bu, ABŞ lideri statusuna uyğun deyil.

“Bu, yalnız tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə olaraq bunu etmək istəmirəm”, -  deyə Tramp jurnalistlərin koronavirusun yayılması fonunda nə üçün qoruyucu maska taxmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

“Bilirsiniz, Dəyirmi kabinetdə möhtəşəm “Rezolüt” masasının (ABŞ prezidentlərinin iş masası – red.) arxasında maskada oturmaq və prezidentləri, baş nazirləri, diktatorları, kralları salamlamaq....heç bilmirəm də... bu, mənlik deyil, - deyə Tramp izah edib.