Pakistanlılar kütləvi ibadətə mane olan polisləri daş-qalaq etdilər - VİDEO

14:00 04-04-2020 375

Pakistanın Karaçi şəhərində möminlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.

“Daily Mail” xəbər verir ki, koronavirus qadağası ilə əlaqədar dindarların ibadət evinə buraxılmaması insanların hiddətinə səbəb olub.

Nəticədə, polis əməkdaşları ilə mülki vətəndaşlar arasında toqquşma baş verib.

Qeyd edək ki, Pakistan hökuməti COVID-19 infeksiyası ilə əlaqədar ibadət məkanlarının bağlanması haqqında qərar verib.