Diplomatlar da “Evdə qal” dedi - VİDEO

19:00 04-04-2020 475

Dövlət Miqrasiya Xidməti tərəfindən #evdəqal həştəqi ilə növbəti video çarx hazırlanıb.

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyasını çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti video çarx hazırlanıb. Video çarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk.

Evdə qalın, sağlam qalın.