Moskvada bir gündə 14 uşaqda koronavirus tapıldı

19:20 04-04-2020 337

Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində 14 uşaqda koronavirus aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, ümumilikdə paytaxtda bir gündə 434 koronavirusa yoluxma faktı aşkar edilib.

Onların arasında 18 yaşdan 45 yaşa qədər 210, 46 yaşdan 65 yaşa qədər 143 və 65 yaşdan yuxarı 67 nəfər var.

Son 24 saat ərzində 26 nəfər sağalaraq evlərinə göndərilib.

Qeyd edək ki, Rusiyada ümumilikdə 4731 nəfər koronavirusa yoluxub, 43 nəfər isə ölüb.