Paulo Dibala yenidən koronavirusa yoluxub
01:00 05-04-2020 407
İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibala yenidən karantindədir.
Bu yaxınlarda koronavirusdan sağaldığı deyilən futbolçunun COVID-19 analizi yenidən müsbət çıxıb.
Hazırda həm futbolçu, həm də sevgilisi yenidən karantin rejimində müalicə alırlar.
Xəbəri Dibalanın sevgilisi sosial şəbəkə vasitəsilə təsdiqləyib.