Gürcüstan bazarında pulları ütü ilə dezinfeksiya edirlər

01:00 06-04-2020 333

Gürcüstanın Poti şəhərindəki aqrar bazarda alıcı və satıcıların pullarını dezinfeksiya edən xüsusi əməkdaşlar çalışır. Onlar bunu antiseptik və ütü vasitəsilə həyata keçirirlər.

RİA-nın məlumatında bu barədə deyilir.

Bildirilir ki, həmin əməkdaşlar metal pulları xüsusi maddə ilə, kağız pulları isə ütü ilə dezinfeksiya edirlər.

Bundan başqa, bazarda vətəndaşların termoskrininqi həyata keçirilir və onlara əlcək təklif olunur.