Koronavirus testindən keçə bilmədi: fiziki məhdudiyyətli həyat yoldaşını öldürməyə cəhd etdi

04:20 06-04-2020 299

ABŞ-ın Nyu-Meksiko ştatının sakini koronavirus tesdindən keçə bilmədiyi üçün yerimə məhdudiyyətli həyat yoldaşını diri-diri yandırmağa cəhd edib.

“Fox News” xəbər verir ki, 63 yaşlı Co Makiyas evə qayıtdıqdan sonra həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zəmnində Co həyat yoldaşının və yaşadıqları treylerin üzərinə benzin tökərək yandırmağa cəhd edib.

Benzin alışqanın içinə dolduğu üçün o, dəhşətli əməlini həyata keçirə bilməyib.

Hadisə yerinə gələn polis C.Makiyası həbs edib.