Evində gecələr peyda olan işıq amerikalını dəhşətə gətirir – VİDEO

07:00 06-04-2020 517

Mart ayının əvvəlindən başlayaraq ABŞ-ın Pensilvaniya ştatının sakini Vinsent Baldi öz evində onu dəhşətə gətirən qeyri-adi hal müşahidə edir.

“Metro” xəbər verir ki, hər gecə qonaq otağının tavanında naməlum işıq dairəsi peyda olur.

Maraqlıdır ki, işıq ləkəsi heç bir mənbə olmadan bir müddət tavanda yanıb-sönməyə davam edir.

Bu müəmmalı hadisə hər gün davam etdiyi üçün V.Baldi artıq evdə qalmağa qorxur.

O, tezliklə buradan köçməyi planlaşdırır.