Uill Smit karantin zamanı evindən veriliş yayımlayacaq – VİDEO

08:00 06-04-2020 550

Məşhur amerikalı aktyor və müğənni Uill Smit yeni şou proqramı yayımlayacaq.

“Daily Star” xəbər verir ki, karantin səbəbindən evdən çölə çıxmayan akytor “Will From Home” (“Uill evdən”) verilişi çərçivəsində ailə üzvlərindən, məşhur dostlarından və adi insanlardan müsahibə alacaq.

Çəkiliş meydançası qismində U.Smit öz qarajını istifadə edəcək.

Bir neçə platformada yayımlanacaq veriliş bazar ertəsi, çərşənbə və cümə günləri efirə gedəcək.